Photos
Posts

Bu gənc şair "Möcüzə uşaq" adlandırılır. Ölüb, dirilib. Mütləq oxuyun.

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...
teleqraf.com

Bu gün eşitdim ki...
( İlkin Abbas )

Bu gün eşitdim ki, ailə qurursan,
Yad ürək, yad ocaq olur məskənin....
Ağa bürünmüsən, gəlin köçürsən,
Xonçalar düzülüb qapında sənin.

Bu gün eşitdim ki, bu acı qismət,
Alır əllərimdən ömürlük səni.
Sevən bir ürəyi ikiyə bölmək,
Özün de, bu qədər asandır yəni?

Bu gün eşitdim ki, hansısa oğlan,
Elçisin göndərib, anan "hə" deyib.
Həmin "hə" sözünü eşidən zaman,
Bəs sevən ürəyin söylə, nə deyib?

Bu gün eşitdim ki, xoşbəxt günündür,
Sağlıqlar deyilir adına sənin.
İndi könül verib getdiyin insan,
Məntək yanacaqmı oduna sənin?

Bu gün eşitdim ki, daha alınmaz,
Bir vaxt uca olan məhəbbətimiz.
Sən demə əzəldən ayrı yazılıb,
Yazan tərəfindən bəxt-qismətimiz.

Bu gün eşitdim ki, eşqin dadını,
Mənlə yox, özgəylə sən dadacaqsan.
Körpə xəyalları, körpə hissləri
Elə o adama yaşadacaqsan.

Daha danışmağa qalmadı sözüm,
Özümü boğdu bu eşq adlı dəniz.
Sən başqa mənzili yandıran çıraq,
Ayrı dünyaların insanıyıq biz...

Bu gün eşitdim ki, ailə qurursan,
Yad ürək, yad ocaq olur məskənin.
Ağa bürünmüsən, gəlin köçürsən,
Xonçalar düzülüb qapında sənin.

See More
Image may contain: 1 person, wedding
Posts

Mərhum Mikayıl Müşfiqin ən sevilən şeiri yeni qiraətdə. Dinləyin.

Mən şirin ləhcəli bir bülbüləm кi,
Güllərdən кüsərəm, səndən кüsmərəm!
Məni öz canından artıq istəyən...
Еllərdən кüsərəm, səndən кüsmərəm!

See More

Yardıcı heyəti şair və yazıçılardan ibarət maraqlı buktreyler. Mütləq izləyin.

Şeirin müəllifi: Elvin Paşa
Rejissor: Ömər Xəyyam
Aktrisa: Ləman Mərrih...
Aktyorlar: Serdar Amin , Elshen Mehdi , Orxan Qərib
Şeiri səsləndirən: Xəzər Süleymanlı

See More
Şeirlər kitabı. Kitabda müxtəlif mövzulu şeirlər toplanıb. Rejissor: Sərdar Amin
youtube.com

"Dedilər ki, bir qadın gəlib, Şemistan Alizamanlı ilə görüşmək istəyir. Şəmistan dedi, buraxın gəlsin. O vaxtlar belə şeylər tez-tez olurdu, valideynlər gəlib öz problemlərini deyirdilər. Qadının səs tonundan hiss etdim ki, vəziyyət yaxşı deyil. Şəmistan məni çağırdı ki, bu qadın oğlunun şəhid olmasında bizi ittiham edir".

"İgid əsgər, möhkəm dayan", "Cənab leytenant" kimi məşhur hərbi-vətənpərvərlik mahnılarının müəllifi Şahin Musaoğlu ilə müsahibə.

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...
teleqraf.com
Sevgi Seirleri added a new photo — with Şəhriyar İbrahimov.
Image may contain: 1 person, text

Gecdir daha...(Nəzakət Neman)

Kor edərək bu eşqimin gözünü,
Bilə-bilə sevgimizi bitirdin.
Gecə-gündüz qınasan da özünü,...
Gecdir daha,özün məni itirdin...

Gizlin-gizlin boylanırdım yoluna,
O yollardan başqasına ötürdün...
İndi mən yox,həsrət girib qoluna,
Gecdir daha,özün məni itirdin...

Yorulmurdum,çəkirdim hər nazını,
Sənsə mənə ayrılığı gətirdin...
Heyif,pozdun tale yazan yazını,
Gecdir daha,özün məni itirdin...

Səndin mənim saf sevgimin ünvanı,
Sən şerimde hər misra,hər sətirdin...
İndi sorma o xoşbəxt günlər hanı,
Gecdir daha,özün məni itirdin...

Hansı üzlə görüşümə gəlmisən?
Zaman vardı cənnətdən bir ətirdin...
İndi artıq sən mənimçün ölmüsən,
Gecdir daha,özün məni itirdin...

-----Nəzakət Neman-----

See More

"Belə bir deyim var: Qadınlar depressiyada olanda acıqlarını saçlarından çıxırlar. Məndə də belə bir dönəm oldu. Saçımı dibindən kəsdirmək istədim. Ancaq yaxınlarım müdaxilə etdi".

Mehin Hümbətova

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...
teleqraf.com

O qız mənim həyatımda çox dərin izlər buraxdı. Anlaya bilmirdim ki, bir insan bir insanı necə bu qədər sevə və bir andaca soyuyub ata bilər. O vaxtlar mobil telefonlar yox idi, ev telefonu ilə danışırdıq. Mənə demişdi ki, yaydır, atam evdə olacaq, zəng etməzsən, dedim, yaxşı...

Taleh Z. Yüzbəyovla müsahibə

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...
teleqraf.com

Beynəlxalq Qadınlar gününüz mübarək, əziz xanımlar!
.
Qadın... (Müəllif: Aydan Ay )
.
Sən ey mavi göyləri bulud-bulud qoxlayan......
Sən ey gözləri günəş, taleyi qürub Qadın!
Sən ey göz yaşlarında bir ömrü girov qoyan...
Öz ömründən didərgin, bir dibsiz quyu Qadın!
Sən gəzdiyin küçədə bir xatirə soyuğu...
Sən baxan pəncərədə xəyallar ayla doğur...
Qaranlığa aşiq gül sübh çağında tez solur...
Sən o güldən əyninə kəfən biç, uyu Qadın...
Göylərə ulduz-ulduz yağış hör ölümünlə...
Yer üzündə məhkumdun, "yaşa, hürr ölümünlə..."
Pərişan mürəkkəbi aşiq et ölümünə...
Nağıla, xülyaya dön, ol şirin yuxu Qadın...
Bax, o yaşıl yarpaq da xəzan olar, quruyar...
Sükutsan... Pıçıltını yalnızca Tanrı duyar...
Ruhun xəzan qoxulu, çölündə daim bahar...
Sən ey nakam yaşanan ən gözəl duyğu Qadın!
Sənli olmaq möcüzə, sənsiz ölmək məşəqqət...
Bətnində körpə izi, qucağın fəsli cənnət!
Sən Anasan! Önündə diz çökər bəşəriyyət!
Sən torpağın dan üzü, sən aytək duru Qadın!
Öncə atan tərk etdi, sonra sevdiyin adam...
Uşaqlığın, eviniz, ocağı sönən o dam...
İndi hey geri istə, geri verməz Tanrı da...
Nakam ömrün bəstəsi... Dön bir də oxun, Qadın...

See More
Image may contain: 1 person, closeup

Ceyhun Mirzəyevin ürəyi xəstə idi, qan təzyiqi isə tez-tez oynayırdı. Təklif edirlər ki, döyülmə səhnələrində onu kaskadyor əvəz etsin. O isə bundan imtina edir. Bildirir ki, bütün səhnələrdə özüm çəkiləcəm. Özü də həqiqətən döyün məni ki, təbii alınsın. Beləliklə, ona bronojilet və üstündən də öz geyimini geyindirirlər, erməni onu döyməyə başlayır...

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...
teleqraf.com

"Dolu" filmindəki "Komandir" obrazı ilə hər kəsin məhəbbətini qazanan, gözəl aktyor, Mammad Sefa ilə müsahibə. Vətən üçün, hər şeyə hazır olmaq lazımdır.

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...
teleqraf.com

Artıq yetər !

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...
teleqraf.com

Əgər mən o yolu seçsəydim ki, qayınamama gəlin olum, uşaq saxlayım, sonra da səhnəyə çıxım, indiki Bəsti Cəfərova ola bilməzdim.

Xalq artisti Bəsti Cəfərova ilə müsahibə

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...
teleqraf.com

Uzun illərdən sonra efirə çıxan xalq artistindən dəhşətli açıqlama...((

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...
teleqraf.com

Xəzər Süleymanlının ifasında Kamal Hüseynzadənin möhtəşəm qəzəli

Qəlb ismin əzizlər, necə ki, mavi dənizlər,
Sahildəki boz qumları oxşar və əzizlər.

...

Hicran uzun olduqca, əzizim, bizim evdə,
Üst-üstə şeirlər yığılır, sizdə cehizlər.

Gəzsən çəməni valeh olar hüsnünə güllər,
Əlvan kəpənəklər səni kölgən kimi izlər.

Sevdim, yaxın oldu o qədər ruhuna ruhum,
Bundan yaxın olmur ana bətnində əkizlər.

Qəlbimdə bütün sadə olanlar qəliz oldu,
Ömrümdə isə sadələşib getdi qəlizlər.

Dərk eylə, Kamal, birdəfəlik diz çökəcəksən,
On yeddi dəfə dəyməsə hər gün yerə dizlər.

See More
qəzəl: Kamal Hüseynzadə səs: Xəzər Süleymanlı Qəlb ismin əzizlər, necə ki, mavi dənizlər, Sahildəki boz qumları oxşar və əzizlər. Hicran uzun olduqca, əzizim...
youtube.com

Vicdan haqqı serialının sevilən aktyoru, tanınmış qiraət ustası Kamran Yunis yaxın dostu olan o aktyor haqda xatirələrini bölüşür. Hər kəsin tanıdığı, sevdiyi o aktyorun kimliyini biləndə təəcüblənəcəksiz.

“Həmişə onu tənbeh edirdim ki, ailə qurmalısan. Çünki böyük qardaşı da ailə qurmamışdı. Anaları övladlarının toyunu görmək arzusu ilə yaşayırdı. Ancaq hər dəfə də eyni sözü deyirdi. Qədeş, mənim ömrümə az qalıb, niyə kiminsə balasını bədbəxt edim?

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...
teleqraf.com