Videos
Xocalı soyqırımı Türkiyə mediaslnda
41
İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı
159
7
"Ülke TV"
81
3
Photos
Posts
Azerbaycan'ın başkenti Bakü'de 19 Mayıs Atatürk'ü Anma, Gençlik ve Spor Bayramı dolayısıyla şölen düzenlendi. Azerbaycan Cumhurbaşkanı Yardımcısı Ali Hasanov, etkinlikte konuşma yaptı.
anadoluimages.com
It looks like you may be having problems playing this video. If so, please try restarting your browser.
Close
43 Views
43 Views
Posts

" 19 may Atatürkü anma, gənclik və spor bayramı" münasibətilə keçirilən tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov çıxış edib

It looks like you may be having problems playing this video. If so, please try restarting your browser.
Close
85 Views
85 Views

Azərbaycan ordusunun əsgəri şəhid olub. Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyib. Həmçinin bild...irilib ki, törədilən təxribatın arxasında birbaşa bir neçə gün əvvəl qoşunların bu istiqamətdə yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirləri dayanır və onların göstərişi ilə həyata keçirilməsi istisna olunmur: “Ermənistan rəhbərliyi bilməlidir ki, Naxçıvanın qəhrəman müdafiəçiləri şəhidin qisasını qısa müddətdə alacaq”.

See More
Image may contain: one or more people

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirliyin Gəncə şəhərində yaradılan Regional Peşə Tədrisi Mərkəzində olaraq, burada peşə tədrisi üçün müvafiq maddi-texniki bazanın yaradılması yönündə aparılan işləri nəzərdən keçirib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirliyin Gəncə şəhərində yaradılan Regional Peşə Tədrisi Mərkəzində olaraq, burada peşə tədrisi üçün müvafiq maddi-texniki bazanın yaradılması yönündə aparılan işləri nəzərdən keçirib. Lent.az nazirliyin ...
m.lent.az

Gəncə 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görülüb. Bu münasibətlə Gəncədə “İdman paradı” keçirilib.

əncə 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görülüb. Bu münasibətlə Gəncədə “İdman paradı” keçirilib.
aznews.az

Bu gün I və IV qruplar üzrə qəbul imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

DİM-dən verilən məlumata görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 62 binada aparılacaq.

...

İmtahanda 33 139 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 28 055 abituriyent I qrup üzrə, 5084 abituriyent IV qrup üzrə imtahan verir.

See More
Image may contain: 2 people, people sitting, table and indoor

Azərbaycanda yüksək texnologiyalı protezlərin hazırlanması sexi yaradılır

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Protez-Ortopedik Bərpa Mərkəzində və Mərdəkan Müalicə Pansionatında olub.

Respublika Əlillərin Bərpa Mərkəzinə gələn S.Babayev burada əlilliyi olan şəxslərin sağlamlığının bərpası yönündə aparılan işlərlə yaxından tanış olub.

...

Nazir müəssisədə bərpa müalicə kursu keçən əlilliyi olan şəxslərlə görüşüb, göstərilən reabilitasiya xidmətləri ilə bağlı onların fikirlərini öyrənib.

S.Babayev reabilitasiya işlərinin səmərəli təşkili, bu sahədə mütərəqqi dünya təcrübəsində mövcud olan və konkret nəticələr əldə etməyə imkan verən bərpa müalicə proqramlarının tətbiqi, reabilitasiya səviyyəsinin artırılması üçün səylərin gücləndirilməsi, bərpa müalicəsinə cəlb olunan hər bir əlilliyi olan şəxsə diqqət və qayğı ilə yanaşılması və s. barədə tapşırıqlarını verib.

Dövlət başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunmasına dair əlavə tədbirlər haqqında” 30 mart 2017-ci il tarixli sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzində hazırda yüksək texnologiyalı protezlərin hazırlanması sexi yaradılır. S.Babayev Mərkəzə gələrək, yüksək texnologiyalı protezlərin hazırlanması sexinin qurulması işlərini nəzərdən keçirib.

See More
Image may contain: 7 people, people standing, suit and indoor

Deputat Qüdrət Həsənquliyev 3 yeni universitetin yaradılması barədə təklif verib

Azərbaycan adambaşına düşən ali təhsillilərin sayına görə region dövlətlərindən xeyli geri qalır. Bu barədə deputat Qüdrət Həsənquliyev, Türkiyə prezidentinin 20 yeni universitetin yaranması barədə qanun imzalamasını şərh edərkən və özünün 3 yeni universitetin ya...
m.lent.az

Belqrad Universitetində yaradılmış “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”ndə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.Tədbirdə səfirliyin əməkdaşları, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və üzvləri, Belqrad Universitetinin müəllim və tələbə heyəti iştirak ediblər.

Belqrad Universitetində yaradılmış “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”ndə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
az.trend.az

Prezident İlham Əliyev Kamerun prezidentini təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Kamerunun prezidenti Pol Biyaya təbrik məktubu göndərib. Məktubda deyilir:

"Kamerun Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi diləyirəm".

Image may contain: 1 person, sitting
İlham Əliyevin dostları
Community

Millət vəkili, Azərbaycanın tanınmış cərrahı Rəşad Mahmudov Bakı Ürək Mərkəzinin rəhbərliyindən uzaqlaşdırılıb. Bu barədə səhiyyə naziri Oqtay Şirəliyev dünən sərəncam imzalayıb.

Xəbəri Rəşad Mahmudovun özü təsdiqləyib. Onun sözlərinə görə, Bakı Ürək Mərkəziylə bağladığı müqavilənin müddəti mayın 18-də bitib. Müqavilənin müddəti artırılmadığına görə onun işinə xitam verilib.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində "Ürək Mərkəzi” ötən ilin may ayında yaradılıb. Mərkəzə həmin gündən Rəşad Mahmudov rəhbərlik edirdi.

Image may contain: 2 people, people smiling
İlham Əliyevin dostları
Community

Aİ və Azərbaycan arasında yeni saziş nə zaman imzalanacaq?

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında tərəfdaşlıq haqqında yeni hərtərəfli sazişin 2019-cu ildə imzalanmaya hazır olacağı gözlənilir. Bunu EURACTIV-ə müsahibəsində Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev deyib.

O qeyd edib: "Yeni saziş üzrə danışıqların iştirakçıları bizi müzakirələrin cari vəziyyəti haqqında məlumatlandırmaq məqsədilə Parlament Əməkdaşlıq Komitəsinin hər bir ic...lasına qatılır".

C.Feyziyev bildirib ki, Aİ və Azərbaycan arasında yeni ikitərəfli saziş ticarət və investisiyalar, insan haqları, təhsil, ətraf mühitin mühafizəsi sahələrində, o cümlədən energetika və nəqliyyat sektorlarında əməkdaşlıq daxil olmaqla, münasibətlərin siyasi, iqtisadi, sosial və mədəni aspektlərini əhatə etməlidir:

"Vaxt məhdudiyyəti yoxdur, lakin müzakirəçilər prosesin sürətləndirilməsi üçün həqiqətən də bütün səyləri göstərirlər. Biz tərəflərin bu ilin sonunadək danışıqları başa çatdıracağını və yeni sazişin 2019-cu ilin birinci yarısında imzalanmaya hazır olacağını gözləyirik".

See More
Image may contain: sky
İlham Əliyevin dostları
Community

Prezident İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri Migel Dias-Kanel Bermudesə başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Sədr,Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Kuba xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Image may contain: 1 person
İlham Əliyevin dostları
Community

Azərbaycanın iki rayonuna yeni polis rəisi təyin edilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmrinə görə Abşeron rayon Polis Şöbəsinin rəis müavini, polis polkovniki Azər Cahangirov tutduğu vəzifədən azad edilərək Astara rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Nazirin digər əmri ilə Xızı rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin rəisi Həmid Həsənov isə Xızı Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

...

Xatırladaq ki, Astaranın polis rəisi olmuş Adil Həsənov və Xızı rayon Polis Şöbəsinin rəisi olmuş Elmar Usubov bir neçə gün əvvəl xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

See More
Image may contain: 1 person, closeup
İlham Əliyevin dostları
Community

ABŞ-ın Cənubi Karolina ştatının qubernatoru Henri MakMaster Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar olaraq bəyannamə imzalayıb.

Bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunub.

Sənəddə Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrund...a mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanıb.
Qeyd edilib ki, Azərbaycan son 25 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndirib və hazırda Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.

H. MakMaster Azərbaycanın Demokratik Respublikasının 100-cü il yubileyini elan edib və Cənubi Karolinalıları bu təbrikə və ən xoş arzulara qoşularaq bu xüsusi bayramı ölkədə və dünyada yaşayan azərbaycanlılarla birlikdə qeyd etməyə çağırıb.

See More
Image may contain: text
İlham Əliyevin dostları
Community