Posts

Türk Edebiyyatı Vekfinde Mahmut Kaşgariden Olyas Suleymanova kadar" konusunda Elxan Zaı Qaraxanlı ve İmdat Afşarın keçirdiyi konferans. İstanbul. 2018. Seyr etmek için tıkla
www.izlesene.com/…/kasgarli-mahmud-vakfindan-turki…/10169751

Kaşgarlı Mahmud Vakfı'ndan Türkiye'ye anlamlı ödül Kaşgarlı Mahmud Vakfı Başkanı Elhan Zal Karahanlı, Edebiyatı Vakfı Başkanı Serhat Kabaklı'ya hizme madalya...
izlesene.com
Professor İlham Rəhimova Beynəlxalq Mahmud Kaşqari mükafatı verilib
youtube.com
Photos
Posts

Elxanın Polon şərqisi

Vaqif Səmədoğlu

Əzuzim Elxan! Yadındadımı, «Ulduz» jurnalında sənin şeirlərini, daha doğrusu «Polonez”“ poemasını oxuyandan sonra mən sənə zəng etdim, bu şeirlər məni tutdu və mən bu şeirlərə öz münasibətimi bildirdim. Nəyə görə? Mənim kifayət qədər yaşım var və kifayət qədər gözəl şeirlər oxumuşam, yaddaşımda çoxlu sayda böyük şairlər, yazıçılar var. Biz «Kitabi-Dədə Qorqud»dan bu günə qədər, Homerdən indiki şairlərə qədər çoxlu şairlərin, yazıçıları...n əsərlərini oxumuşuq. Ancaq onları oxuyanda mən özüm üçün kəşf elədim ki, bütün dünya ədəbiyyatında, dünya fəlsəfəsində, dünya nəsrində, poeziyasında çoxlu sayda yazılar var və onları oxuyanda sən öz öz içindəki süallarına cavab axtarırsan. Vacib deyil o şair, o yazıçı, lap o əsər, o epos, o saqa nədən bəhs edir, sən onları oxuyanda öz süallarına öz yaşamına, öz həyatına bəraət axtarırsan, xatirələrini axtarırsan və çox qəribədir ki, birdə görürsən ki, bir şair sənin xatirələrini, sənin düşüncələrini başlayır sənin özünə danışmağa. Əzizim Elxan, sənin Polşa ilə bağlı şeirlərini oxuyanda mən bu hissləri keçirdim. Sənin «Polonez» silsiləni oxuyanda mənə elə gəldi ki, mən Elxan Zalı oxumuram, mən, Vaqif Səmədoğlu, 60 - cı illərdə Polşa havasında yazmadığım şeirləri oxudum, yəni öz xatirələrimi oxudum. Nəyə görə məhz Polşa?

Çünki, mənim mənsub olduğum 60 - cı illər nəslini Polşa ilə çox sıx tellər bağlayır, bizim həyatımızda Polşa və polyak xalqı böyük rol oynayıb. Bəlkə də siz gənclər bunları bilmirsiniz, o zaman 60 - cı illərdə sosialist düşəgəsi vardı və bura daxil olan ölkələr içində Polşa bizim azadlıq istəyimizə, yenilik istəyimizə ən çox cavab verən ölkə idi. Polşa nəinki sosialist dünyasında, hətta Avropada, bütün dünya miqyasında irəlidə gedirdi. Polşa ədəbiyyatı, kinosu, teatrı, incəsənəti bəzən Amerikadan da, bəzən Fransadan da irəlidə gedirdi. Sənin şeirlərini oxuyanda mən həmin illərə qayıtdım, həmişə xəyalımda yaşatdığım Polşanı gördüm. Əlbəttə bu şeirlər mənim üçün yalnız xatirə deyil. Onları bir naşı adam yazsaydı, mən özümü də, Polşa mühitini də, Polşa abu-havasını da təhqir olunmuş hesab eləyərdim. Ancaq sən onları çox gözəl, çox professional, çox canlı, çox səmimi yazıbsan. Mənim də Polşa ilə bağlı şeirlərim var, «Royal» poemamda Polşa ilə bağlı böyük hissə var. Mən Polşada olmamışam, həmişə buna təəssüflənirdim, ancaq sənin şeirlərini oxuyana qədər. Bəlkə də Allah səni mənim yerimə Polşaya göndərdi və sən Polşa mədəniyyətinə, Polşa xalqına, öz qələminə layiq o gözəl şeirləri yazdın...

Mən sənin ayrı şeirlərini də oxumuşam, onlar da mənin çox çoşuma gəlir, amma “Polonez” poeması mənə daha əzizdir. İstedadlı şair Səlim Babullaoğlu öz yazısında bu kitabdakı şirlərdən geniş bəhs etdiyinə görə, mən onlar barədəçox danışmağa ehtiyac görmürəm. Son olaraq onu deyə bilərəm ki,sən əsil şairsən, dilimizə, ədəbiyyatımıza layiq şairsən. Öz üslubu, öz dünya duyumu, öz sözü olan şairsən. Sənə uğurlar arzulyıram. Nə yaxşı ki, ədəbiyyatımızda sən varsan.

See More
Elxan Zal added a new photo.
Image may contain: 3 people, suit

Kaşqarlı Mahmud

Mahmud düşünürdü: "mən xan ola bilərdim,
əmrimə müntəzir ordum olardı,
altunum, kənizim gəlməzdi saya,...
Doğudan Batıya hökm eləyərdim.
fəqət belə oldu, o uca tanrı,
mənə söz sultanı taleyi verdi,
gəzdim oymaq - oymaq, dolaşdım el - el,
mirvari sözləri bir - bir döşürdüm,
dünyaya dağılmış öz türk soyumu,
bir yerə toplayıb, kitaba yığdım.
Tanrı hökmdarlıq bəxş edib bizə,
yenilməz ərənlik sevdası verib,
mən sonsuz çöllərin cəng meydanında,
tanrısal sözləri yaşadacağam.
bu ordular yox olacaq,
səltənətlər dağılacaq,
nə qədərki, bu dünya var,
türkün adı var olacaq,
nə qədər ki, türk dili var,
mən Mahmud da var olacam".

See More

dostum Seyfəddin Əsəd

Elxan Zal Qaraxanlı
Həkim Seyfəddin Əsədin portretinə şair ştrixləri

...Continue Reading
Image may contain: 1 person, indoor

Azərbaycan simfoniyası
Min il tapdalandı, min il talandı,
Min il ayaq altda qaldı bu torpaq.
Neçə şəhərləri oda qalandı,
Dinini dəyişdi, özünü dandı,...

Continue Reading

Qadınlaşan ölkəm mənim

Nə dəvə karvanı, nə at ilxısı,
Nə nərə səsləri döymür qapımı.
Bənd olub çarpayı döşəklərinə,...
Get-gedə boşalır sümüklərimiz.
Bu ayrı zamandır-sürətli və lırt,
Ərənlik duyğusu qadınlaşmada.
Savaş yanğısını siqaret yeyir,
Oturmaq azarı qabar bağlayıb.
Məni darıxdırır bu kənd, bu bina,
Mənə kəhər verin, at istəyirəm.
Mən ad istəyirəm, ad istəyirəm,
Sərhədsiz çöllərin cəng meydanında.
Beton vahimələr cəngəllikləşib,
Göydələn binalar dev qəsrləri,
Qadınlar məhəbət həsrətindədir,
Erkək gözlərindən geylər göyərir.
Çilə işıını, çilə ilahə ,
Oyat öz içində yatan erkəyi.
Yaşamın yaşılı sevişimizdir,
Səngimək bilməyən savaşımız var.

See More

Oljas Suleymenov.

Image may contain: 1 person

səhərin sehrində, Zöhrə zikrində,
durub dinləyirəm mələk xorunu.
oyanan ağaclar heyran baxırlar,
seviş ritmindədir dalğa dansları.

...

eşq var dünya boyda, eşq var tanrısal,
duyğular çimişir ulduz odunda.
bizim sevişimiz ilahədəndi,
bizimdi şəhvətə bürünmüş şəhər.

səni gözləyirəm, sən harda varsan?
telefon eləsəm zəng çatarmı, gəl.
sığal şərqiləri istəyir bədən,
yaşam yaşıllanır dodaq dadında.

küçələr səhərin sehrində donuq,
araba seyrəkdi, gözləmə kövrək.
eşqin Qız qalası, yalnız qalası,
şumer ləhcəsiində şərqi oxuyur.

səhərin havası bumbuzdu, sən gəl,
acıqmış duyğular qunduzdu, sən gəl,
can yanıb əriyər gözləmələrdə,
eşqin dünyaları sonsuzdu, sən gəl.

səni gözləyirəm, sən harda varsan?
yalnızlıq sığışmaz kainatlara.
səhərin sehrində, Zöhrə zikrində,
dualar yollanır gizli qatlara.

See More

İndi mənə dedilər ki, Rasim Qaraca sənin şeirlərini bu il tərtib etdiyi şeir antologiyasına salıb, Qulu Ağsəs isə salmayıb. Mən nə deyim vallah, hərə öz səviyyəsinə görə iş görür. Hərəsinin öz adı var!

Çox sevdiyimiz şair Məmməd Aslan Allah dərgahına getdi. Ruhu behiştlik olsun.

Məncə Ərdoğan Atatürklük missiyası ilə üz-üzə qalıb. PKK, MHP, CHP, DHP və Gülən camaatı hamısı bir cəbhədən çıxış edir. Qoy Allahın kölgəsi və başbuğ Alparslan Türkeşin ruhu onun üstündə olsun.

Elxan Zal shared their photo.
Image may contain: 2 people
Elxan Zal

Səlim Babullaoğluna

Biz şeiri yazmadıq, biz şeirlə yaşadıq,
Bizim yazdıqlarımız bır milləti yaşadır.
Bəlkə də bu məmləkət bizə qəfəs kimidir,...
Amma bizlər onu sevirik, Səlim.
Şəhid oğlanların cismidir torpaq,
Torpaqlar yoğrulur göz yaşlarından.
Biz göyün altında, yerin üstündə,
Bir azca toxumuq, bir da az dənik.
Hayana baxırsan qarıltılr var,
Bizi dimdikləyər, dimdikləyərlər,
Tikan baxışlardan küsməyə dəyməz,
Qarğalar fillərin leşini sevər.
Qanadlı düşüncə köstəbəkləşir,
Göyü əvəzləyib göy əskinaslar,
Biz əsər yazırıq xalqın adına,
Bizə qənim çıxır “xalq şairləri”...

See More

Elxan Zal

Rəngarəng ovqatlar şairi
(Çingiz Əlioğlu barədə fəza düşüncələri)
525-ci qəzet/ 08/02/2014...

Continue Reading

şüşədə kölgə var, qəlbimdə səs var,
bu otaq, bu yataq xəyaldı yoxsa?
üstümə yeriyir susqun divarlar,
hər şey yerindədir, sən isə yoxsan.

...

kədərim asılıb ayaqlarından,
kədərim naləli anadilimdir.
lianlı - söyüdlü eşq parklarında
ölən xatirələr dilim-dilimdi.

o ölən anlarda sən yaşayırsan,
bir də yaz, bir də mən, bir də ikimiz.
ulduz gecələri nur daşıyırsa,
biz asan çəkirik hicran yükünü.

həsrət günlərinin gözləri yaşıl,
həyatın sonudur həsrətin sonu.
hər səni ananda, xoş müjdə quşu,
dərdin divarını dimdiklə yonur.

See More