Bu gün Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən 54 il keçir.
Belə ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilən plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünəqayıdış tarixidir. Heydər Əliyev öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və p...arlaq salnaməsini yaradıb.
Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərliyi zamanı görülən işlər həm güclü sosial-iqtisadi bazanın, həm də siyasi-ideoloji dayaqların formalaşmasını təmin etdi. Yaradılan potensial sonrakı dönəmdə Azərbaycanın inkişafına təkan və töhfə verən fundamental amilə çevrildi.
Bir məsələni də qeyd edim ki, xilaskarlıq missiyası da hər kəsə nəsib olmur. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi əsasında bir daha tarixi-siyasi məsuliyyəti öz üzərinə götürdü, Azərbaycan dövlətinin və dövlətçiliyinin xilası, ölkəni tənəzzüldən qurtararaq tərəqqi yoluna çıxarmaq missiyasını yerinə yetirməyə başladı. Ulu Öndər Azərbaycan xalqının xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübut etdi.Onun ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər sabitlik və inkişaf dönəmki kimi tarixə yazıldı. Məhz Heydər Əliyevin uğurlu və uzaqgörən siyasəti nəticəsində Azərbaycanda güclü dövlət quruculuğuna nail olundu və ölkəmiz dünyada etibarlı tərəfdaşa çevrildi. Biz bugünkü müstəqil, güclü, dünya miqyasında özünəməxsus yeri, mövqeyi olan ölkəmizə görə Heydər Əliyevə borcluyuq.
Bu gün Azərbaycana Heydər Əliyev yolunun, onun siyasi irsinin layiqli davamçısı İlham Əliyev başçılıq edir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin güclü dövlətə çevrilib, ərazi bütövlüyümüz təmin edilib, artıq Azərbaycan dünyada söz sahibi olan ölkələrdən biridir. Əminəm ki, Azərbaycan xalqı bundan sonra da təməli Ulu Öndər tərəfindən qoyulmuş siyasətə dəstək verərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında daha da sıx birləşəcək, yeni hədəf və nailiyyətərə doğru irəliləyəcək.
MADƏR MUSAYEV
Milli Məclisin deputatı