Photos
Videos
Azərbaycan dilində türk tarixi haqda ümumi məlumat
14
1
Ağ Hun Eli
9
1
Böyük hun eli və Mete tanhu
13
2
Posts

Dünya mətbuatında 20 Yanvar

1990-cı il yanvar ayının 19-da Ali Sovet Rəyasət Heyəti Mixail Qorbaçov tərəfindən imzalanmış “Bakıd...
milliyyet.info
Şimal Xəbərləri Qəzeti/ North News added 9 new photos.

17 11 2017

Müsahibə

Müqəddəs Mehdiyev: “Anamın ölümündə özümü günahkar sayıram”

...

Müsahibimizin maraqlı arxiv FOTOLARI ilk dəfə “Şimal xəbərləri”ndə

Bu gün Milli Dirçəliş Günüdür. 29 il bundan öncə yüz minlərlə insan Azərbaycanın azadlığı və suverenliyi uğrunda böyük bir hərəkata başladı. Milli Azadlıq Hərəkatının şimal regionundakı liderlərindən biri olmuş Müqəddəs Mehdiyevlə müsahibəni təqdim edirik.

Həmin dövr yaddaşınızda hansı xatirələrlə qalıb?

Xaçmazda Milli Azadlıq Hərəkatının ilk işartıları hələ 1986-cı ildə görünüb. Həmin vaxt gizli təşkilatlanma apardıq və “Azəri Türklərinin Birliyi” adlı cəmiyyət yaratdıq. Bu qurum məhdud çərçivədə olub. Sədri olduğum təşkilat Xaçmazda SSRİ imperiyasına qarşı gizli vərəqələr yayır, ölkəmizin suverenliyinin vacibliyini təbliğ edirdi. 1987-ci ilin sonlarında daşnak akademik Aqambekyan Fransada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin vaxtının çatması barədə bəyanat verdi. Bundan sonra əsas hədəfimiz daşnaklar oldu. 1988-ci ilin iyununda şimal regionunda ilk dəfə olaraq Xaçmazdakı 92 saylı peşə məktəbinin zalında mitinq təşkil etdik. Hadisə belə oldu. Həmin vaxt mən rayonda çıxan “Dostluq” qəzetində müxbir işləyirdim. Məlumat aldıq ki, məktəbdə polis şöbəsinin uşaq inspektoru tələbələrlə görüş keçirəcək. Redaksiyanın əməkdaşı, Milli Azadlıq Hərəkatının fəalı Şövkət Səlimovla plan hazırladıq. Məktəbin müəllimi, mərhum dostumuz Atabala Osmanovla danışıqlar apardıq. O, söz verdi ki, uşaq inspektoru ilə görüşdən sonra elə edəcək ki, heç kim dağılışmasın və mitinq başlasın. Biz redaksiyada Şövkət Səlimovun yaxından köməyi ilə bir neçə şüar hazırladıq. Şüarlar Aqambekyanın bəyanatının əleyhinə idi. Yenə də plana əsasən, bir neçə tələbə görüşə Azərbaycan SSR-nin bayraqlarını və plakatları gətirib oturacaqların altında gizlətməli, görüşdən sonra Atabala müəllim tribunaya çıxaraq çıxış etməli idi. Tələbələrsə “Azərbaycan” və “Qarabağ” şüarlarını səsləndirməliydilər. Sonra da bizim çıxışlarımız başlamalıydı. Elə də oldu. İyunun 13-ü peşə məktəbində hər şey plana uyğun getdi. Uşaq inspektorunu yola salıb geri qayıdan məktəbin direktoru, hazırda təqaüddə olan, gözəl pedoqoq Nəcməddin Mərdanov gözlərinə inanmadı. Artıq ara qarışmışdı, tələbələr “Azərbaycan” və “Qarabağ” şüarları səsləndirirdilər”.

Həmin hadisəyə görə sizlərə təzyiq oldumu?

“Mitinq bitənədək yox. Həmin axşam məni və Atabala Osmanovu DTK-ya çağırıb ciddi hədələdilər və xəbərdarlıq etdilər. Məhz bu hadisədən sonra fəaliyyətimizi daha da genişləndirdik. Bir müddət keçdi, rəhbərlik etdiyim cəmiyyət üzvləri ilə birlikdə AXC sıralarına qoşulduq”.

Məlumatlarımıza görə, 1988-ci ilin meydan hərəkatında fəal iştirak etmisiniz.

Bəli, noyabrın 17-də keçmiş Azərbaycan Dövlət Universitetinin tələbələri ilə birlikdə Azadlıq meydanına doğru yürüş keçirdik. Ora çatanadək xeyli vaxt getdi. Mən, tələbə yoldaşlarım Çingiz və Baxşeyiş ön sıralarda idik. Azərbaycan kinoteatrının yanında polis və hərbçilər qarşımızı kəsərək cərgələrimizi parçalamaq istədilər. Bu zaman yıxıldım və sol ayağımdan ciddi zədə aldım, məni yerlə sürtəndə ayaqqabım da cırıldı. Buna baxmayaraq dostlarımın köməyi sayəsində axsaya-axsaya yürüşə davam etdim. Azadlıq meydanı tutulandan sonra 17 gün burada qaldıq. Meydanda çox hadisələr oldu, mən bunların üzərində dayanmaq istəmirəm. Nə vaxtsa xatirələrimi yazmağı planlaşdırıram. Bu hərəkat bir müsahibəyə sığmaz.

Deyilənə görə, siz meydanda olarkən Xaçmazdakı yoldaşlarınızla danışıb bir neçə saatlıq mitinq keçirilməsinə nail olmusunuz.

Bəli, meydanda olarkən Xaçmazdakı dostlarımla əlaqə qururdum. Çətin də olsa gündüzlər mitinqçilərdən ayrılıb bir nəfərin evindən və bəzən də mərkəzi poçtdan danışırdım. Nəticədə, istəyimizə çatdıq. O vaxtkı Xaçmaz avtobazasının sürücülərinin böyük fəallığı ilə bizdə də meydana dəstək aksiyası oldu.

Meydan hərəkatından sonra hansı çətinliklərlə qarşılaşdınız?

Çətinliklər, əzablar hələ bundan əvvəl başlamışdı. 37 il Xudat xəstəxanasının doğum şöbəsində işləyən anam Zəkiyyə xanımı gözləmədiyi bir vaxtda – gecə növbəsində olarkən işdən çıxartdılar. Anam körpələri çox sevirdi. İşlədiyi müddət ərzində heç bir qüsuru olmamışdı. Hələ bu azmış kimi işdən çıxarıldıqdan sonra onun üstünə “PAZ” markalı avtobus sürdülər. Bir dəfə Xudatın rəhbər işçiləri və polislər evimizə gəlib anama mənim həbs ediləcəyimi və ya öldürüləcəyimi demişdilər. Bütün bunların sonunda insult keçirdi, yatağa düşdü. Yazmadığım, şikayət etmədiyim yer qalmadı. Xaçmaz rayon mərkəzi xəstəxanasının mərhum nevropotoloqu Ağalar Cavadov həmin çətin günlərdə mənə dayaq oldu, təxminən üç il yataqda da olsa anamı sağ saxlaya bildik. 1990-cı ilin yanvar hadisələri zamanı anam Bakı xəstəxanalarının birində yatırdı. Palatasına xeyli yaralı da gətirilmişdi. Həmin vaxt Xaçmazdan kimsə anama deyib ki, guya ruslar məni öldürüblər. Anam ikinci insult alıb. Bacım Həlimə həmin qanlı-qadalı günlərdə zorla maşın taparaq onu qaldığı evə çatdıra bilib. Çox kədərlə xatırlayıram o günləri, danışmaq da çətindir. Namərdlər, alçaq və şərəfsizlər heç bir günahı olmayan anamın axırına çıxdılar. Hərdən fikirləşirəm ki, bəlkə də o vaxtki rəhbərlərlə danışıqlar apararaq siyasi manevrlə ailəmizə qarşı olan təzyiqləri aradan qaldıra bilərdim. Amma bunu etmədim. Çox vaxt mənə elə gəlir ki, anamın ölümündə günahkaram. Bu hissi heç kim və heç nə qəlbimdən çıxara bilmir.

Deyirlər ki, onu Bakıda dəfn etmisiniz.

Anam əsilli-nəsilli bakılı qızı olub. Vəsiyyətinə uyğun olaraq onu Yasamal qəbristanlığında nənəmin yanında dəfn etmişik. Təkcə anam deyil, kəndimizin(Köhnə Xudat) məktəbində uzun illər direktor işləyən atam Kazım da ciddi təzyiqlərlə üzləşdi. Adamı nə qədər gecə saatlarında “raykom”a çağırıb hədə-qorxu gələrlər. İştirak etdiyi yığıncaqlarda belə rayon başçısı ünvanıma ağır ifadələr işlədirdi. Bir şeyi açıq deyəcəyəm: Mərhum atam və anam heç vaxt demədilər ki, mübarizədən geri durum.

Bəs hakimiyyətə gələndən sonra bu adamlar haqqında heç bir tədbir görmədinizmi?

Bilirsiniz, bacılarımla və qardaşımla birlikdə bir ailə faciəsi yaşadıq. Təsəvvür edin ki, övlad toyu görməyən anamız gözümüzün qarşısında yataq xəstəsi oldu. Şəxsən mənim davam bir Azərbaycan davası olub. Dövlətimin müstəqilliyini istəmişəm. Bu böyük savaşı anamın qisası səviyyəsinə endirmək düzgün olmazdı. Ailəmizə zülm edənlərin bir çoxu kabinetimə gəlib ağladılar, yalvardılar, bəziləri hətta diz də çökdü. Qalan şeylər məni maraqlandırmırdı. O insanlardan iyrənirdim. Bir kişi və vəzifə sahibi olaraq özlərini alçaltdılar. Belələrinə daha nə deyəsən?

Noyabrın 19-u şimal regionunda ilk dəfə olaraq üçrəngli bayrağımız Xaçmazda dalğalandı. Həmin əlamətdar hadisə barədə nə deyə bilərsiniz?

Bayrağımız yox idi. Bakıda bacım Yeganədən xahiş etdim ki, mənim üçün gözəl bir bayraq tikdirsin. O da səhv etmirəmsə keçmiş Volodarski adına fabrikdən adam tapıb bu işi gördü. İki bayraq göndərdi. Mitinqə bir gün qalmış gecə onları aldıq. Vaxt az idi. Həm də bayraqların üstündə ay-ulduz yox idi, tikməyə çatdırmamışdılar. AXC fəallarından olan, hazırda həkim işləyən İnqilab Məmmədov bayraqların ikisini də evinə apardı. Səhərə yaxın onun həyat yoldaşı bir bayrağı tam hazırladı. Digər bayraq isə yarımçıq hazır oldu, özümüz hazırlayan üçüncüsü isə ay-ulduzsuz qaldı. Elə bu bayraqlarla da mitinqə çıxdıq. Mitinq günü əvvəlcə yürüş etdik. Bir neçə yüz adamla şəhərin əsas küçəsindən başlayaraq meydanadək piyada gəldik. Adamlar bayrağa maraqla baxırdılar. Yolda bir vəzifə sahibi mənə dedi ki, o əskini tullayıb sonra mitinq keçirin. Təbii ki, qulaq asmadım. Üçrəngli bayrağımız həmin gün başımızın üzərində dalğalanaraq enmədiyini və qəlblərdə yaşadığını sübut etdi.

Milli Dirçəliş Gününü necə qeyd edirsiniz?

Bir qədər qəribə də olsa, həmin gün çox kədərlənirəm. Lakin içimdə bir qürur var. Dövlətimizin azadlığı və suverenliyi uğrunda aparılan mübarizə hədər getməyib. Üçrəngli bayrağımızla fəxr etməyə dəyər. Sadəcə Qarabağ yoxdur. Ona görə kədərlənirəm. Kaş, həmin vaxt heç nəyə baxmadan mənfur daşnakları torpaqlarımızdan təmizləyərdik. Dəmiri isti-isti döyərlər. Lakin biz soyutduq. Bəlkə elə ona görə də bu problem daşlaşıb. Bir də dünyasını dəyişmiş dostlarımı – Bahadır kişini, Atabala müəllimi, Zakiri və başqalarını xatırlayıram. Elələri olub ki, sözümüz düz gəlməyib. Lakin amalımız bir olub.

Milli Dirçəliş Gününün bu şəkildə qeyd edilməsi sizi razı salırmı?

Qətiyyən yox! Bir milyon insanın Vətən sevgisi ilə küçələrə çıxıb azadlıq istəməsini belə yad etmirlər. Eybi yoxdur, qoy bizlərin adını çəkməsinlər. Heç olmasa hərdən bir başlarını qaldırıb üçrəngli bayrağın tarixinə, keçdiyi şərəfli yola baxsınlar. Bu yetər! O ki qaldı, həmin günləri lağa qoyub ələ salanlara, onlara kobud da olsa bir el məsəlini xatırladıram: Eşşək nə bilir ki, zəfəranplov nədir?

Müsahibəyə görə çox sağ olun.

Fazil Mahmodov

“Şimal xəbərləri”

See More
Posts

Masallı rayonu ərazisində kurqanlar aşkar edilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi (012) 510 96 74, 055 689 04 95 parviz.gasimov.pr@gmail.com http://arxeologiya.az/ https://www.facebook.com/AMEA-Arxeologiya-və-Etnoqrafiya-İnstitutu
arxeologiya.az
It looks like you may be having problems playing this video. If so, please try restarting your browser.
Close
8,993 Views
Səməd Ağaoğlu - Sovet Rusiya İmperiyası

"Sovet Rusiya İmperiyası" kitabının müəllifi olan, Türkiyədə Baş Nazirin müavini vəzifəsinə qədər ucalan azərbaycanlı kimdir?
#SovetRusiyaİmperiyası #SəmədAğaoğlu #SovyetRusyaİmparatorluğu #SametAğaoğlu

#tdtarixi #Qırğızıstan #bugün #эгемендиккүнү #31avqust

25 il əvvəl, 31 avqust 1991-ci ildə Qırğızıstan SSRİ-dən ayrılaraq müstəqilliyini elan edib. Bu günü Qırğızıstanda Egemendik künü (Müstəqillik günü) adıyla qeyd edirlər.

No automatic alt text available.
Türk Dünyası Tarixi

#tdtarixi #Qırğızıstan #bugün #эгемендиккүнү #31avqust

25 il əvvəl, 31 avqust 1991-ci ildə Qırğızıstan SSRİ-dən ayrılaraq müstəqilliyini elan edib. Bu günü Qırğızıstanda Egemendik künü (Müstəqillik günü) adıyla qeyd edirlər.

#tdtarixi #Azərbaycan #31avqust

Bu gün Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri və erməni separatçıları tərəfindən işğalından 22 il keçir (31.08.1993).

Image may contain: sky
Türk Dünyası Tarixi

#tdtarixi #Azərbaycan #31avqust

Bu gün Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri və erməni separatçıları tərəfindən işğalından 22 il keçir (31.08.1993).

#tdtarixi #avarlar

Avar xaqanlığının bayrağı. Qeyd edək ki, Avar xaqanı Yuqur 795-ci ildə xristianlığı qəbul edərək Frank dövlətinin himayəsinə keçmək üçün elçilər göndərib.

No automatic alt text available.
Türk Dünyası Tarixi

#tdtarixi #avarlar

Avar xaqanlığının bayrağı. Qeyd edək ki, Avar xaqanı Yuqur 795-ci ildə xristianlığı qəbul edərək Frank dövlətinin himayəsinə keçmək üçün elçilər göndərib.

#tdtarixi #avarlar #Türkiyə

626-cı il. Avarların İstanbulu (Konstantinopolu) mühasirəyə alması. Həmin vaxt Avropada avarlar və slavyanlar (donanma ilə), Asiyada isə Sasani dövləti Bizansa qarşı savaşırdı.

No automatic alt text available.
Türk Dünyası Tarixi

626-cı il. Avarların İstanbulu (Konstantinopolu) mühasirəyə alması. Həmin vaxt Avropada avarlar və slavyanlar (donanma ilə), Asiyada isə Sasani dövləti Bizansa qarşı savaşırdı.

#tdtarixi #avarlar

Avar xaqanlığı - bugünkü Macarıstan, Slovakiya, Xorvatiya, Sloveniya, Rumıniya və Serbiya torpaqlarında 562-823 illəri arasında hökm sürmüş türk dövlətidir. Dövlət Avar Xaqanı Bayan tərəfindən qurulmuşdur.

No automatic alt text available.
Türk Dünyası Tarixi

#tdtarixi #avarlar

Avar xaqanlığı - bugünkü Macarıstan, Slovakiya, Xorvatiya, Sloveniya, Rumıniya və Serbiya torpaqlarında 562-823 illəri arasında hökm sürmüş türk dövlətidir. Dövlət Avar Xaqanı Bayan tərəfindən qurulmuşdur.

#tdtarixi #Tatarstan #30avqust

30 avqust həm Kazan şəhərinin (1005), həm də Tatarstan Respublikasının suverenliyinin (1990) qurulduğu gün sayılır.

Image may contain: outdoor and water
Türk Dünyası Tarixi

#tdtarixi #Tatarstan #30avqust

30 avqust həm Kazan şəhərinin (1005), həm də Tatarstan Respublikasının suverenliyinin (1990) qurulduğu gün sayılır.

#tdtarixi #Türkiyə #30avqust

30 avqust, 1922-ci ildə Mustafa Kamal paşanın başçılıq etdiyi qoşunlar Dumlıpınarda son zərbəni emdirib yunan işğalçıları darmadağın etdilər. Bu gün Türkiyə və Şimali Kiprdə Zəfər bayramı adıyla qeyd olunur.

Image may contain: one or more people and text
Türk Dünyası Tarixi

#tdtarixi #Türkiyə #30avqust

30 avqust, 1922-ci ildə Mustafa Kamal paşanın başçılıq etdiyi qoşunlar Dumlıpınarda son zərbəni emdirib yunan işğalçıları darmadağın etdilər. Bu gün Türkiyə və Şimali Kiprdə Zəfər bayramı adıyla qeyd olunur.

#tdtarixi #Qazaxıstan

30 avqust Qazaxıstanda Konstitusiya günüdür.

Image may contain: one or more people
Türk Dünyası Tarixi

#tdtarixi #Qazaxıstan

30 avqust Qazaxıstanda Konstitusiya günüdür.

#tdtarixi #Azərbaycan #30avqust

30 avqust, 1991 - Azərbaycanın müstəqillik bəyannaməsinin qəbul olunduğu gündür.

Image may contain: one or more people, crowd and outdoor
Türk Dünyası Tarixi

#tdtarixi #Azərbaycan #30avqust

30 avqust, 1991 - Azərbaycanın müstəqillik bəyannaməsinin qəbul olunduğu gündür.

#tdtarixi #Azərbaycan

Xankəndində yerləşən "Biz - dağlarımızıq" (və ya nənə və baba) abidəsi. 1967-ci ildə Qarabağın uzunömürlüləri şərəfinə qoyulub. Ermənilər tərəfindən özünküləşdirilməyə cəhd göstərilir. Dünyaya tez-tez təqdim etdikləri abidədir. Abidəni hazırlayanlardan biri azərbaycanlı, biri erməni olub.

Image may contain: cloud, sky and outdoor
Türk Dünyası Tarixi

#tdtarixi #Azərbaycan

Xankəndində yerləşən "Biz - dağlarımızıq" (və ya nənə və baba) abidəsi. 1967-ci ildə Qarabağın uzunömürlüləri şərəfinə qoyulub. Ermənilər ...tərəfindən özünküləşdirilməyə cəhd göstərilir. Dünyaya tez-tez təqdim etdikləri abidədir. Abidəni hazırlayanlardan biri azərbaycanlı, biri erməni olub.

See More

#tdtarixi #Türküstan

İlk türk mütəsəvvifi (sufisi) Əhməd Yəsəvi. Ərəb və fars dillərini təmiz bilməsinə baxmayaraq, əsərlərini türk dilində yazıb. Türküstanda İslamı yaymaqda müstəsna rolu olub. Davamçıları Anadoluya köç edərək bölgənin türkləşdirib və "Həzrəti Türküstan"ın fikirlərini yayıblar.

Image may contain: 1 person, beard
Türk Dünyası Tarixi

#tdtarixi #Türküstan

İlk türk mütəsəvvifi (sufisi) Əhməd Yəsəvi. Ərəb və fars dillərini təmiz bilməsinə baxmayaraq, əsərlərini türk dilində yazıb. Türküstanda İ...slamı yaymaqda müstəsna rolu olub. Davamçıları Anadoluya köç edərək bölgənin türkləşdirib və "Həzrəti Türküstan"ın fikirlərini yayıblar.

See More